RU

Bakıya qar yağacaq, 15 dərəcə şaxta olacaq PROQNOZ

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Fevralın 11-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.Bəzi yolların buz bağlayacağı ehtimalı var.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
49
demokrat.az

10Источники