Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Böyük Britaniya kralı III Çarlz qardaşı, titullardan məhrum edilmiş şahzadə Endryu ilə qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin əlaqələrinin araşdırılmasında köməklik göstərməyə hazırdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilir ki, monarx öz məmurlarına polis əməkdaşlarına lazımi dəstək göstərməyi tapşırıb. Bundan başqa, kral Çarlzın kiçik qardaşının ünvanına irəli sürülən ittihamlarla bağlı dərin narahatlıq keçirdiyi, həmçinin Epşteynin qurbanlarına dəstəyini ifadə etdiyi qeyd olunub.
Polis hazırda Böyük Britaniyanın ABŞ-dəki ticarət nümayəndəsi olarkən şahzadə Endryunun Epşteynə məxfi məlumatları ötürməsi ilə bağlı iddiaları araşdırır.
Qeyd edək ki, 2021-ci ildə amerikalı Virciniya Cufre şahzadə Endryunu məhkəməyə vermişdi. O, Britaniya kral ailəsi üzvünün 20 il əvvəl ona qarşı cinsi zorakılıq etdiyini iddia etmişdi. Nəticədə, şahzadə Endryunun Cufrenin rəhbərlik etdiyi xeyriyyə təşkilatına təxminən 12 milyon funt sterlinq (təxminən 27 milyon 887 min AZN) ianə etməsi ilə tərəflər arasında razılıq əldə olunmuşdu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.