RU

Gürcüstan 80 əcnəbini deportasiya etdi: azərbaycanlılar da var

Son günlər Azərbaycan vətəndaşları da daxil olmaqla 80 əcnəbi Gürcüstandan deportasiya edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.
 
Məlumata görə, həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Kot-d'İvuar, Sudan, Tacikistan, Filippin və Şri-Lanka vətəndaşları ölkədən çıxarılıblar.
 
Mövcud qanuna əsasən, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub.
 
Избранный
23
moderator.az

1Источники