RU

"Roma" qələbə qazanaraq "Yuventus"a çatdı

İtaliya çempionatında 24-cü turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Roma” klubu “Stadio Olimpico”da “Kalyari”ni qəbul edib. Görüşdə üstün tərəf sayılan paytaxt təmsilçisi sürprizə imkan verməyib. Donyell Malenin vurduğu qollar sayəsində oyun 2:0 ev sahibinin qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra 46 xal toplayan “Roma” 4-cü yerdəki “Yuventus”a çatıb. Aktivində 28 xal olan “Kalyari” 12-ci sırada qərarlaşıb. Tura bu gün saat 23:45-də “Milan” – “Komo” oyunu ilə yekun vurulacaq.

Избранный
23
unikal.az

1Источники