RU

"Bank hesablarından vəsaitin oğurlanması halları artıb" - Deputat

"Bank hesablarından vəsaitin oğurlanması halları artıb. Həm Mərkəzi Bank tərəfindən, həm də banklar tərəfindən bu istiqamətdə texnologiyanın təkmilləşdirilməsi, eləcə də təhlükəsizlik mexanizmlərinin daha yaxından isttifadə olunması, o cümlədən, vətəndaşlarımız arasında məlumatlandırma səviyyəsinin artırlılmasına ehtiyac var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, saxta profillər vasitəsilə məlumatların təqdim edilməsi nəticədə bank hesablarından vəsaitin oğurlanmasına gətirib çıxarır:

"Rəsmi araşdırmalar göstərir ki, oğurlanan vəsaitlər birbaşa xaricdə olan kibermüdaxilələr nəticəsində mümkün olur. Bu ondan xəbər verir ki, bu sahədə əməkdaşlığın gücləndirilməsi aktual idi. Azərbaycanın sözügedən Konvensiyaya qoşulması, əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir".

Anar Kəlbiyev

Избранный
22
5
unikal.az

6Источники