RU

Galaxy S26 Ultrada gözlənilən iPhone xüsusiyyəti olmayacaq

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Samsunqun yeni flaqman modelləri “iPhone”lərdə məşhur olan “MagSafe” üslublu maqnitlərdən məhrum qalacaq. Android azarkeşlərinin səbirsizliklə gözlədiyi funksiya Samsunqun gələcək flaqmanında reallaşmayacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Galaxy S26 seriyası, o cümlədən Galaxy S26 Ultra, korpusun daxilində maqnitlərlə təchiz olunmayacaq və iPhone-lardakı “MagSafe”yə bənzər daxili texnologiya təqdim edilməyəcək.

Məlumata əsasən, Samsunq maqnitli simsiz enerji yükləmə funksiyasından imtina etməyi planlaşdırır. Halbuki bir çox Android istifadəçisi bu texnologiyanın Galaxy S26 seriyasında görünəcəyini gözləyirdi.

Xatırladaq ki, 2025-ci ilin yayında Google arxa panelində maqnit halqaları olan Pixel 10 smartfonlarını təqdim etmiş və Qi2 standartı sayəsində maqnitli simsiz enerji yükləməni mümkün etmişdi. Bu addımdan sonra Samsung-un da oxşar həlli Galaxy S26 xəttinə gətirəcəyi ehtimal edilirdi.

Galaxy S26 modellərində Qi2 əsaslı maqnitli enerji yükləmə yalnız maqnitli çexollar vasitəsilə işləyəcək. Maqnitlər birbaşa smartfonun özünə inteqrasiya olunmayacaq.

Bu halda Galaxy S26 sahibləri düzgün hizalanma və stabil enerji yükləmə üçün mütləq maqnitli qoruyucu çexol almağa məcbur qalacaqlar. Oxşar yanaşma artıq bazarda mövcuddur. Məsələn, iPhone 16e də MagSafe maqnitlərinə malik deyil və yalnız uyğun aksesuar istifadə edildikdə daha sürətli enerji yığa bilir. Əks halda enerji yükləmə sürəti standart Qi səviyyəsi ilə məhdudlaşır.

Məlumata görə, Samsung Galaxy S26 ailəsinin təqdimatı fevralın 26-na planlaşdırılır və bu, adət olunan vaxtdan təxminən bir ay gecdir. Tədbirdə eyni zamanda yüngül dizayn yenilənməsi alacaq Galaxy Buds 4 və Galaxy Buds 4 Pro qulaqlıqlarının da nümayişi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
lent.az

1Источники