Milli Məclis Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Belə ki, “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, ötən ilin 25-26 oktyabr tarixlərində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Azərbaycan Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта