RU

Stresi artırır, dincəlməyə qoymur – Çayla bağlı xəbərdarlıq

Çay tərkibində kofein və tanin maddələri olan bir içkidir. Bu maddələr qısa müddətdə ayıqlıq və yüngül rahatlama hissi yarada bilər. Buna görə mədə narahatlığı, stres və yorğunluq zamanı çoxları çaya üstünlük verir. Amma bu təsir müvəqqətidir və problemin səbəbini aradan qaldırmır.

Ölkə.Az-ın məlumatına görə, bunu keyfiyyət üzrə mütəxəssis, fudinfulenser Pərvin İbrahimov bildirib.

O xəbərdarlıq edib ki, tünd və ya acqarına içilən çay mədə turşusunu artıra, yanma və şişkinlik yarada bilər: "Stres zamanı isə kofein bəzi insanlarda gərginliyi daha da artırır. Axşam saatlarında içilən çay yuxu keyfiyyətini zəiflədərək bədənin tam dincəlməsinə mane olur".

Mütəxəssis qeyd edib ki, çay düzgün vaxtda və miqdarda qəbul edildikdə faydalı ola bilər: "Çay hər problemin həlli deyil, sadəcə düzgün istifadə edildikdə köməkçi bir vərdişdir".

Ölkə.Az

Избранный
83
50
olke.az

10Источники