RU

Nəriman Axundzadə 3,5 illik müqaviləyə razılıq verdi! Azərbaycan futbolunda yeni rekord

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

“Qarabağ”ın 21 yaşlı hücumçusu Nəriman Axundzadənin “Kolambus Kryu”ya transferi ilə bağlı bütün məsələlər bu gün səhər saatlarında razılaşdırılıb. Hər iki klubun yaxın saatlarda bununla bağlı açıqlama verməsi gözlənilir. Gənc istedad ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə bağlayacaq. Müddət bir tərəfə, məbləğ də azərbaycanlı futbolçularla bağlı rekorddu. “Qarabağ” bu transferdən 1,2 milyon avro qazanacaq. ABŞ-də yeni futbol mövsümü fevralın 21-də başlayacaq. “Kolambus Kryu” yeni mövsümdə ilk oyunu ertəsi, Bakı vaxtı ilə 07.30-da keçirəcək. Nərimanın həmin oyunda iştirakı mümkün deyil. Çünki onun həmin ölkəyə yaxın iki həftə ərzində yollanacağı gözlənilir.ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
icma.az

2Источники