RU

Atıb ikiyə gedərsən sözünə görə dava düşdü 1 bakal pivəyə sərxoş olan kişinin aqibəti

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Xəzər rayonunda 2000-ci il təvəllüdlü Məmməd tanışı Ağaverdiyə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 noyabr 2024-cü ildə rayonun Buzovna qəsəbəsində baş verib. Məmməd həmin gün gecə saat 4 radələrində Buzovna-Maştağa yolunda Maştağa qəsəbəsi istiqamətində sağ tərəfdə yerləşən adsız kafenin qarşısında həmin kafedə içdiyi pivənin təsiri altında uca səslə danışıb, təhqiramiz ifadələr işlədib. Daha sonra onu intizama dəvət edərək sakitləşdirmək istəyən Ağaverdiyə də nalayiq sözlərlə təhqir edib. O, bıçaqla qəflətən Ağaverdinin qarın nahiyyəsindən bir dəfə vurub. Məmmədin barəsində Cinayət Məcəlləsinin 126.2.2 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib. Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və ifadəsində göstərib ki, dostları ilə kafeyə çay içməyə gedib: “Sonradan 1 bakal pivə içdim. Sonra çöldə dostlarım ilə aramızda yüngül mübahisə oldu. Kafedə işləyən qız həmin vaxt çölə çıxdı, səs-küy yaratmamağımızı bildirdi. Mən də xanıma “baş üstə” dedim. Xanım bizə taksi çağırmağımızı bildirdi. Mən də öz avtomobilim ilə gedəcəyimi söylədim. Xanım dedi ki, bizim də avtomobilimiz var. Mən də ona “atıb ikiyə gedərsən” ifadəsini söylədim. Mən sadəcə mehribançılıq yaratmaq istədim. Həmin an kafedə olan işçi çölə çıxdı, mənə irad bildirdi. Mübahisə yarandı. Mənim üzərimdə gəzdirdiyim bıçaq həmin şəxsə dəydi. Mən belə olmağını istəməmişəm”.Təqsirləndirilən şəxs qeyd edib ki, kafedə dostları ilə deyib gülüb: “Həmin vaxt kafedə çox adam olub. Kafenin qarşısında yolun qırağı tərəfində dostlarla danışmışıq. Bizə irad bildirən xanımı tanımamışam. Onunla aramızda ədavət olmayıb. Biz səs-küy saldığımıza görə xanım irad bildirib. Mübahisə etdiyim şəxs mənə nalayiq ifadələr işlədib. Əvvəllər məhkumluğum olub. Ara bir narkotik vasitələrdən istifadə etsəm də, hadisə baş verən gün istifadə etməmişəm”. Zərərçəkmiş Ağaverdinin sözlərinə görə, 2024-cü ilin noyabr ayında dostları ilə çay içmək üçün kafeyə gediblər: “Məmmədgil gələrək bizimlə arxada oturdular. Biz dostlarım ilə çay içdik, musiqi sifariş edərək rəqs etdik. Kafeyə daimi gedib-gəldiyim üçün tanış müştəri olmuşam. Kafe səhər saat 6-ya kimi işlədi, yoldaşlarım getdikdən sonra tək qaldım. Səhər insanlar işə gedərkən çöldən səs küy gəldiyini eşitdim. Küçəyə çıxaraq niyə söyüş söydüyünü soruşdum. Aramızda mübahisə oldu. Bir-birinizin yaxasından tutduq. Amma Məmmədin əlində bıçaq görmədim. Biz aralaşdıqdan sonra yenidən kafeyə qayıtdım. Orada məndən qan axdığını gördüm”.Zərərçəkmiş bildirib ki, kafedə işləyən Günay adlı xanım gələrək obyekt sahibinə bayaq kafedə oturan müştərinin çöldə söyüş söydüyünü bildirib və çölə çıxaraq söyüş söyməməyini deməsini istəyib: “Mən kafenin sahibi ilə aramızda mehriban münasibət olduğu üçün müdaxilə etməyi özümə borc bildim. Çölə çıxaraq həmin şəxsdən niyə söyüş söydüyünü soruşdum. Həmin şəxs cavabında “sənə nə lazımdır” dedim. Daha sonra aşağı düşdüm və mübahisə etməyə başladım. Həmin şəxsi vurmuşam”. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd 7 il 11 ay 27 gün müddətdə azadlıqdan məhrum edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
demokrat.az

1Источники