İtaliya Parlamentinin aşağı palatasının bir qrup üzvü Ukraynaya əlavə maliyyələşdirmənin əleyhinə çıxacaq...
Poliqon xəbər verir ki, Deputatlar Palatasının üzvü Rossano Sasso bu barədə sosial media səhifəsində bildirib.
Bildirilir ki, parlament bu gün Kiyevə daha bir maliyyə tranşını nəzərdə tutan Ukrayna ilə bağlı qanun layihəsinə səs verəcək. "Zelenski üçün artıq pul yoxdur", Sasso öz paylaşımında yazıb.
Onun sözlərinə görə, Ukraynaya silah təchizatının davam etdirilməsi hərbi münaqişənin həllinə kömək etməyəcək və bu gün əldə edilən sülh ukraynalılara sabah əldə edilən sülhdən daha yaxşı şərait yaradacaq.
Bundan əlavə, italyan millət vəkili hesab edir ki, Kiyev rejimi uzun müddətdir korrupsiya qalmaqalları ilə nüfuzdan düşüb, buna görə də göndərilən hər hansı bir yardım alıcılarına çatmır. Sasso həmçinin qeyd edib ki, Ukraynaya dəstək İtaliyanın milli maraqlarına ziddir.
"Biz bu pulun vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün istifadə olunmasını istərdik", deyə italyan siyasətçi yekunlaşdırdı.
Poliqon.info