RU

Fevralda Bakıya yenə qar yağacaq? - PROQNOZ

Son bir neçə gündür paytaxtda havanın temperaturu nisbətən yüksək idi.

 

Lakin fevral ayında olduğumuzu nəzərə alsaq, yenidən qarlı və şaxtalı havaların olma ehtimalı da real görünür. Necə ki, bu gün yenidən havanın temperaturu aşağı düşdü. Artıq bəzi yerlərdə sulu qar yağışı müşahidə olunur. Elə ona görə də bu sual paytaxt sakinlərini çox düşündürür. 

 

Görəsən, fevralda Bakıya yenidən qar yağacaq?

 

Mövzu ilə bağlı "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlama verib. O bildirib ki, biz şimal yarımkürəsinin qışını yaşamaqdayıq:

"Düzdür, artıq qış bitmək üzrədir. Buna baxmayaraq, indi fəslin daha yağıntılı və daha soyuq dövrüdür. Lakin bu, Bakı üçün o qədər də ciddi əhəmiyyət kəsb etmir. Çünki Bakı mülayim iqlimə malikdir. Həm Xəzər dənizinin sahilində yerləşdiyinə, həm yarımsəhra ərazidə olduğuna, həm də Qafqaz dağlarının dəniz sahilində yerləşdiyinə görə bura qar yağıntıları bir qədər az düşür. Ümumiyyətlə, Bakının və Abşeron yarımadasının illik qar yağıntı amplitudası da aşağıdır".

 

Ekspertin proqnozuna görə, fevral ayında Bakıda yenidən qar görəcəyik:

"Azacıq da olsa belə ehtimal var. Bu, daha çox fevral ayına xas soyuq havalar zamanı şimaldan daxil olan soyuq hava kütlələrinin təsiri altında ola bilər. Düzdür, böyük qar yağışı gözlənilmir. Lakin yağıntılı bir fevral ayı müşahidə olunacaq. Fevral ayının ikinci ongünlüyü ərzində yağıntılar olacaq. Paytaxtda qar yağışı çox gözlənilmir, amma az miqdarda ola bilər".

 

Pərviz

Избранный
21
hit.az

1Источники