Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb, onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib.
aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib.
O bildirib ki, kustar üsulla hazırlanmış, müəyyən standartlara cavab verməyən kranlar - qurğular qeydiyyata alınmır:
"Bu qurğuların biz tərəfdən istismarına icazə verilmir. Həmçinin yanacaq doldurma məntəqələri də təhlükə potensiallı obyekt hesab olunur. Onları mütəmadi yoxlayırıq və müəyyən məhdudlaşdırma tədbirləri həyata keçirilir. Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb. Onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib".