ABŞ hərbçiləri Hind okenanı sularında sanksiyalar altında olan bir neft tankerini saxlayıb.
Herbiand.az Qərb mənbələrinə istinadən xəbər verir ki, “Aquila II” neft tankerinin Rusiyanın beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə edilən "kölgə donanmasının" bir hissəsi olduğu güman edilir.
Pentaqon bildirir ki, onlar gəmini Karib dənizindən Hind okeanına qədər təqib ediblər.
Bu, 2025-ci ilin dekabr ayından bəri saxlanılan yeddinci tankerdir.