Bakı. Trend:
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, tədbirlərlə 34yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb.
Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkarolunub.
Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivindəsatış məqsədilə gizlətdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı iləS.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.