
ABŞ hərbçiləri fevralın 9-da Rusiyanın “kölgə donanmasına” məxsus olduğu iddia edilən başqa bir gəmini ələ keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Amerika hərbçiləri Hind okeanında “Aquila II” gəmisini ələ keçiriblər. Onlar gəmini təxminən üç həftə - Karib dənizindən Hind okeanına qədər izləyiblər.
ABŞ Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, gəmi Prezident Donald Trampın tətbiq etdiyi sanksiyaya zidd olaraq fəaliyyət göstərib.
Məlumata görə, gəmi sanksiyaları pozaraq Venesuela neftini Çinə daşımaqda şübhəli bilinir. Gəmi sanksiya siyahısına Rusiyanın “kölgə donanmasının” bir hissəsi kimi daxil edilib. Heyət üzvləri arasında Rusiya vətəndaşlarının olub-olmadığı barədə hələlik məlumat yoxdur.