RU

MPL: Qarabağ kubokda uduzduğu rəqiblə qarşılaşır, Neftçi Qəbələ ilə üz üzə

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasında XIX tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç baş tutacaq.

Əvvəlcə "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 14:30-da səslənəcək. Tərəflər beş gün əvvəl kubok çərçivəsində də eyni məkanda üz-üzə gəlmiş, Ayxan Abbasovun komandası sürpriz şəkildə 2:1 qalib gəlmişdi.  

Turun son matçı isə "Palms Sports Arena"da "Neftçi" və "Qəbələ" komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Hər iki komanda qış fasiləsindən sonra yüksəlişdədir. "Neftçi" ev oyunundan qalib ayrılmağı bacarsa, "Araz-Naxçıvan"la xallarını bərabərləşdirəcək, 5-ci yerdəki "Sumqayıt"la isə fərqi 3-ə endirəcək. 

Qeyd edək ki, turun digər görüşlərdə "Sabah" "Araz-Naxçıvan"ı 4:1, "Zirə" "Sumqayıt"ı 3:2, "Turan Tovuz" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib, "İmişli" - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib (0:0).

Növbəti turun oyunları 14-16 fevralda baş tutacaq.

Misli Premyer Liqası

XIX tur

10 fevral

14:30. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.

VAR: Kamranbəy Rəhimov, Eyyub İbrahimov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Şamaxı şəhər stadionu.

19:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.

VAR: Cavid Cəlilov, Elvin Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“Palms Sports Arena”.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
34
fanat.az

10Источники