RU

ABŞ Ticarət Palatası Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır

ABŞ Ticarət Palatası Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır.

 

Bu sözləri ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi deyib.

 

Onun sözlərinə görə, ABŞ Ticarət Palatası dünyanın ən böyük biznes assosiasiyasıdır və qlobal miqyasda fəaliyyət göstərir.

 

Kuş Çoksi bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya Amerika şirkətləri üçün getdikcə daha böyük əhəmiyyət kəsb edən regionlardır. O qeyd edib ki, Palatanın Azərbaycandakı fəaliyyəti iki il əvvəl COP çərçivəsində ölkəyə nümayəndə heyətinin gətirilməsi ilə başlayıb.

 

Baş vitse-prezident vurğulayıb ki, Azərbaycan COP-u uğurla təşkil edib və tədbir çərçivəsində dünyanın hələ də ehtiyac duyduğu ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də xüsusi diqqət yetirilib.

 

APA

Tarix: 10 Fevral 2026, 08:43   
Избранный
23
7
pravda.az

9Источники