RU

“Mən indi nə edim, adını dəyişdirim?” - QƏRİBƏ REAKSİYA

Xəbər verdiyimiz kimi, Qış Olimpiya Oyunlarında erməni fiqurlu konkisürənlər cütlüyü - Karina Akopova və Nikita Raxmanin “artsax” adlı musiqi kompozisiyası altında çıxış etməyi planlaşdırması ciddi etirazla qarşılanıb.

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi etiraz göndərib. Qeyd edək ki, hələlik Azərbaycanın etirazına rəsmi cavab verilməyib.

Təxribatçı “artsax”ın müəllifi Ara Gevorqyan isə Azərbaycanın etirazlarından narahat olaraq son bir neçə gündür ki, sosial media platformalarında açıqlamalar edir.

Sportinfo.az xəbər verir ki, o, son paylaşımında bildirib:

“Artsax” sözü azərbaycanlıların xoşuna gəlmir. Deyirlər ki, “artsax” yoxdursa, bu adla musiqi də ola bilməz. İndi mən edim, adı dəyişdirməliyəm?”

Sülh müqaviləsinin imzalanması ərəfəsində Ermənistanın bu cür təxribatçı addımları sülh quruculuğuna ciddi maneə kimi qiymətləndirilir.

“Bu cür hallar sülh prosesinə mənfi təsir göstərir. Hazırda sülh quruculuğu inkişaf mərhələsindədir və iki ölkə arasında ticarət əlaqələri mövcuddur.

Belə bir məqamda erməni idmançının təxribata yol verməsi, əlbəttə ki, sülh quruculuğuna mənfi təsir yaradır”.

Bu sözləri politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib. Politoloq qeyd edib ki, Ermənistan hökuməti bu məsələyə çox ciddi nəzarət etməlidir:

“Əgər musiqi və çıxış Ermənistanda seçilirsə, rəsmi şəxslər bu işə cavabdeh olmalı və idmançılara izah etməlidirlər ki, belə təxribatçı addımlar sülh prosesinə mane ola bilər.

Əks halda, əgər bu, hökumətin özü tərəfindən şərait yaradılmasıdırsa, deməli, Ermənistan hökumətində sülh quruculuğuna mane olan təxribatçılar mövcuddur.

Yox, əgər bu, səhlənkarlıq nəticəsidirsə, həmin səhlənkarlığın qarşısı alınmalı və bir daha təkrar olunmamalıdır. Təkrarlanacağı təqdirdə bu, ölkələr arasında inam atmosferinə çox ciddi zərbə vuracaq”.

Избранный
33
sportinfo.az

1Источники