RU

Turistlər nəqliyyatdan niyə narazı qalıblar?

2025-ci ildə Azərbaycana turizm məqsədilə səfər etmiş 179,3 min nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb. Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % azdır.

 

Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, turistlərin narazı qaldığı məqamlardan biri ödəmə ilə bağlı yaranan problemlər ola bilər:

“Çünki onlar təyinat nöqtəsinə çatmaqda, ünsiyyət dili qurmaqla bağlı çətinliklər yaşaya bilərlər. Turistlərin nəqliyyat axınlarının, tənzimləmələrinin düzgün ardıcıllığının ola bilməməsindən gileylənmələri mümkündür. Bu faktlar nəqliyyatla bağlı işlərin görülməsinin sürətləndirilməsini gərəkdirir. Əks halda nə üçün sərnişinlər və ya turislər narazı qalmalıdır? Bundan əlavə gələn turislətin böyük əksəriyyəti paytaxtda cəmləşir. Onlar üçün nəqliyyatın əlçatanlığının təmin edilməsi də bir stimullaşdırıcı vasitədir. Bu səbəbdən müəyyən addımların atılması zamanı müəyyən prosedurlara əməl edilməsi vacibdir”.

 

Şəhanə Quliyeva

Tarix: 10 Fevral 2026, 08:08   
Избранный
47
pravda.az

1Источники