ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Sakit okeanda daha bir gəmini vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Cənub Komandanlığı bir gəmiyə ölümcül zərbə endirib.
“Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit Okeanda tanınmış narkotik marşrutları boyunca hərəkət etdiyini və narkotik əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Hücum nəticəsində iki şəxs zərərsizləşdirilib, bir nəfər isə sağ qalıb.
Əməliyyatdan dərhal sonra USSOUTHCOM ABŞ Sahil Mühafizəsinə məlumat verərək, sağ qalan şəxsin axtarış və xilasetmə əməliyyatlarını başlatmasını təmin edib”, - məlumatda deyilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.