RU

ABŞ dövlət katibi Marko Rubio Almaniya, Slovakiya və Macarıstana səfər edəcək

Bakı. Trend:

ABŞ-nin dövlət katibi Marko Rubio 13–16 fevral tarixlərindəAlmaniya, Slovakiya və Macarıstana səfər etməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatdadeyilir.

Bildirilib ki, Marko Rubio 13–15 fevral tarixlərində Almaniyadakeçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirakedəcək.

Onun Slovakiyaya səfəri 15–16 fevral tarixlərini əhatə edəcək.ABŞ rəsmisi bu ölkədə nüvə enerjisi sahəsində əməkdaşlığıninkişafı, enerji təchizatının şaxələndirilməsi, Slovakiyanınsilahlı qüvvələrinin modernləşdirilməsi və NATO çərçivəsindəgötürdüyü öhdəliklərlə bağlı məsələləri müzakirə etməyiplanlaşdırır.

Macarıstanda isə Marko Rubionun iki ölkə arasında enerjiəməkdaşlığı məsələlərinə toxunacağı qeyd olunub.

Избранный
61
az.trend.az

1Источники