RU

"Kan": Qəzzaya yaxın vaxtlarda İndoneziyadan bir neçə min hərbçi göndərilə bilər

İndoneziya yaxın vaxtlarda öz hərbçilərini Qəzza sektoruna göndərə bilər və onlar bölgədə sabitləşdirici qüvvələrin tərkibində iştirak edəcəklər.

"Report" xəbər verir ki, bu barədə İsrailin dövlət yayım şirkəti "Kan" məlumat yayıb.

Mənbələrin məlumatına görə, indoneziyalı hərbçilərin anklava gəliş vaxtı hələ müəyyən edilməyib, lakin onların Rəfah və Xan-Yunis şəhərləri arasında yerləşdirilməsi planlaşdırılır. "Kan" bildirib ki, həmin ərazidə hərbçilərin yerləşdirilməsi üçün hazırlıq işləri artıq başlayıb və onlar üçün yaşayış yerlərinin tikintisi bir neçə həftə çəkəcək.

İndoneziya kontingentinin dəqiq sayı açıqlanmayıb, lakin söhbət bir neçə min hərbçidən gedə bilər.

Dünyanın ən çox əhalisi olan müsəlman dövləti İndoneziya Qəzzaya beynəlxalq sabitləşdirici qüvvələrin tərkibində öz əsgərlərini göndərən ilk ölkə olacaq.

Избранный
46
far.az

1Источники