RU

Çin istehsalı avtomobillərlə bağlı vacib xəbərdarlıq

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Zəmanət müddəti başa çatdıqdan və müntəzəm təmir xərcləri artmağa başladıqdan sonra Çin istehsalı olan avtomobilin satılması barədə düşünmək məqsədəuyğundur".

Oxu.Az-ın "Rossiyskaya gazeta"ya istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksandr Kovalyov açıqlama verib.

Ekspert bildirib ki, avtomobildə korroziya əlamətləri, ötürmə qutusunda titrəmələr və mühərrik yağının istehlakının artması müşahidə olunarsa, Çin avtomobilini satışa çıxarmaq tövsiyə olunur. Onun sözlərinə görə, bu hallar digər ölkələrin avtomobillərində olduğu kimi, texniki "yorğunluğun" ümumi göstəriciləridir.

Bununla belə, Aleksandr Kovalyov vurğulayıb ki, müasir Çin avtomobil modelləri keyfiyyət baxımından ciddi irəliləyişlər əldə edib. Bu səbəbdən avtomobildən imtina etmək üçün konkret və universal bir əlamət mövcud deyil.

Ekspert eyni zamanda xəbərdarlıq edib ki, Çin avtomobilləri Avropa, Yaponiya və Koreya istehsalı olan modellərlə müqayisədə bazarda daha az likviddir. Bunun əsas səbəbləri arasında model sırasının tez-tez dəyişməsi və sürücülər arasında hələ də qalmaqda olan stereotiplər göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
1
oxu.az

2Источники