RU

İraqda neft zavodunda partlayış baş verib

İraqda neft zavodunda partlayış baş verib

İraqın Səlahəddin vilayətində yerləşən ölkənin ən iri neft emalı müəssisələrindən biri olan Beyci Neft Emalı Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İraq Neft Nazirliyinin rəsmi məlumatına görə, insident yerli vaxtla saat 19:45-də zavodun "Səlahəddin 2" bölməsində qeydə alınıb. Partlayışa texniki kompressorlardan birində yaranan nasazlıq səbəb olub və dərhal yanğına yol açıb.

Yanğınsöndürmə briqadalarının çevik fəaliyyəti sayəsində alovun digər strateji bölmələrə keçməsinin qarşısı alınıb.

Yanğının yerli vaxtla saat 20:00-da nəzarətə alındığını və saat 20:15 etibarilə tamamilə söndürüldüyünü qeyd edib.

Hadisə planlı texniki xidmət işləri zamanı baş verdiyi üçün işçi qüvvəsi dərhal təxliyə edilib.

Hazırda yaralılar ətraf xəstəxanalara yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir. Nazirlik hadisənin zavodun ümumi istehsal gücünə ciddi təsir göstərmədiyini bildirsə də, faktla bağlı xüsusi araşdırma komissiyası yaradılıb.

Избранный
34
afn.az

1Источники