RU

“Alman Dəmir Yolları” şirkəti xüsusi iclas keçiriləcək

Bakı. Trend:

“Alman Dəmir Yolları” şirkəti Rayndland-Pfalts əyalətində biletyoxlayan əməkdaşın ölümünə səbəb olan hücumdan sonra qatarlardatəhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə Berlində xüsusiiclas təşkil edəcək.

Trend xəbər verirki, “Tagesschau” xəbər xidmətinə istinadən, iclasda regional sürətqatarları və digər qatarlarda təhlükəsizliyin artırılması üçüntəxirəsalınmaz tədbirlərin müəyyənləşdirilməsi müzakirəolunacaq.

İclasda hökumət, federal polis, regional nəqliyyat şirkətləri vəaidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.

Qeyd olunur ki, son dövrlərdə ictimai nəqliyyatda, xüsusən dəmiryolu vağzallarında və qatarlarda təhlükəsizlik tədbirləriningücləndirilməsi tez-tez müzakirə mövzusu olub.

Dəmir yolu işçisinin ölümü ilə nəticələnən son hadisəKayzerslautern şəhəri yaxınlığında baş verib. 36 yaşlı, türk əsillikonduktor sərnişinlərin biletlərini yoxlayarkən biletinigöstərməkdən imtina edən şəxs tərəfindən döyülüb. Ağır xəsarət alankonduktor xəstəxanada vəfat edib. Hücumu törətməkdə şübhəli bilinənşəxs saxlanılaraq istintaqa cəlb olunub.

Hadisədən sonra siyasətçilər, polis və həmkarlar ittifaqlarıregional qatarlarda təhlükəsizlik əməkdaşlarının sayınınartırılmasını yenidən tələb ediblər.

Избранный
44
az.trend.az

1Источники