RU

Rusiya XİN: təhlükəsizlik zəmanətləri Ukrayna üzrə razılaşmanın əsas elementi olmalıdır

BAKI, 10 fevral. TELEQRAF

Rusiyanın təhlükəsizlik zəmanətləri Ukrayna üzrə razılaşmanın əldə olunmasında əsas elementə çevrilməlidir, bunsuz sülh müqaviləsi mümkün deyil.

Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O qeyd edib ki, Rusiya Ukraynada sülh yolu ilə nizamlanmanın Ukraynanın təhlükəsizlik maraqlarını nəzərə almalı olduğunu qəbul edir, lakin əsas məsələ Rusiyanın təhlükəsizlik maraqlarıdır.

Qruşkonun sözlərinə görə, Avropa İttifaqı liderlərinin açıqlamalarına diqqətlə baxdıqda, orada heç kimin Rusiyanın təhlükəsizlik zəmanətlərindən danışmadığı görünür. Halbuki bu, razılaşmanın əldə olunması üçün əsas elementdir və onsuz heç bir sülh müqaviləsi mümkün deyil.

Избранный
61
teleqraf.com

1Источники