RU

Niderland SQ-nin rəhbəri ölkəsinin Ukraynadakı mümkün missiyada iştirakını istisna etməyib

Niderland gələcək hökumətin müvafiq qərarı olacağı təqdirdə, Ukrayna üzrə sülh sazişi bağlandıqdan sonra mümkün beynəlxalq hərbi missiya üçün qüvvə ayıra bilər.

"Far.Az" xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin komandanı general Onno Eyhelsheym "Defensiekrant" qəzetinə müsahibəsində bildirib.

"Fransa və Böyük Britaniya artıq öz qüvvələrini təqdim etməyə hazır olduqlarını bəyan edib. Hərbi imkanlara baxdıqda deyə bilərəm ki, Niderland Silahlı Qüvvələri buna tamamilə qadirdir", - o qeyd edib.

Generalın sözlərinə görə, potensial missiyada iştirakla bağlı qərarı fevralın 23-də and içərək fəaliyyətə başlayacaq ölkənin yeni hökuməti qəbul edəcək.

O vurğulayıb ki, Niderland ordusu NATO-nun kollektiv müdafiəsində iştirak zərurəti fonunda artıq sürətlə şəxsi heyətin sayını artırır, texnika alır və hazırlığı gücləndirir.

Избранный
46
far.az

1Источники