RU

Quterreş qlobal fəlakətin qarşısının alınması yollarını açıqladı

BMT-nin baş katibi Antonio Quterreş ekoloji böhran və artan bərabərsizliyin yaratdığı qlobal fəlakətin qarşısını almaq üçün ölkələrin ümumi daxili məhsulu (ÜDM) milli rifahın yeganə göstəricisi kimi qəbul etməməli olduqlarını bildirib.

"Unikal" xəbər verir ki, o, bu fikirləri The Guardian qəzetinə müsahibəsində səsləndirib. Quterreş qeyd edib ki, rifahın qiymətləndirilməsi modeli insanların həqiqətən vacib hesab etdiyi dəyərləri əks etdirməlidir.

Onun sözlərinə görə, ÜDM-in artırılması naminə təbiətə ciddi ziyan vurulur, meşələr qırılır, balıq ehtiyatları məhv edilir. BMT baş katibi yeni iqtisadi modelin hansı göstəricilərə əsaslanmalı olduğunu isə açıqlamayıb.

Избранный
46
1
unikal.az

10Источники