RU

Polisə müraciət edən jurnalist agent kimi saxlanıldı

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

İsrailin Ümumi Təhlükəsizlik Xidməti və polis əməkdaşları İran agentləri ilə əlaqədə olmaqda şübhəli bilinən bir jurnalisti saxlayıblar.

"Unikal" xəbər verir ki  şübhəli şəxs yanvar ayının sonunda naməlum şəxslərin onunla əlaqə saxlaması barədə polisin kiberşöbəsinə müraciət etdikdən bir neçə gün sonra həbs olunub.

Bildirilib ki, jurnalistlə sosial şəbəkələr üzərindən əlaqə yaradılıb və ondan pul qarşılığında etiraz aksiyalarında iştirak etmək, həmçinin Qüdsün mərkəzi küçələrinin fotolarını çəkmək xahiş edilib. O, əvvəlcə bu təkliflərə şübhə ilə yanaşmayıb, çünki peşə fəaliyyəti çərçivəsində oxşar müraciətlər aldığını bildirib. Daha sonra isə kibertəhlükəsizlik şöbəsi ilə əlaqə saxlayaraq məsələ barədə məlumat verib.

Hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılmasını istəsələr də, apellyasiya məhkəməsi bu müraciəti təmin etməyib. Bildirilib ki, hazırda şübhəli şəxs ev dustaqlığına buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
unikal.az

1Источники