RU

“Fənərbağça”dan inamlı qələbə

Futbol üzrə Türkiyə Superliqasında XXI tura yekun vurulub.

"Unikal" xəbər verir ki, son oyun günündə 3 oyun keçirilib.

Çempionluğa iddialı "Fənərbağça" öz meydanında "Gənclərbirliyi"ni məğlub edib - 3:1.

Digər matçlarda "Kocaelispor" səfərdə "Kayserispor"a, "Qaziantep" isə evdə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 52 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 49 xalla ikincidir.

Избранный
63
unikal.az

1Источники