RU

“Renn”in baş məşqçisi Həbib Bey işdən qovulub

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Renn” rəsmi saytında baş məşqçi Həbib Bey və onun köməkçilərinin vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, “Renn” hazırda Fransa çempionatında 31 xalla altıncı yerdədir.

“Renn” Futbol Klubu baş məşqçisi Həbib Bey və onun köməkçiləri - Olivye Saraqalyi, Sebastyen Bişar və Yann Kavetsaya qarşı intizam tədbirləri görüb. Qərar qəbul edilənə qədər əsas komandanın məşqlərinə növbəti xəbərdarlığa qədər Sebastien Tambure, Pyer-Aleksandr Lelivr və Maksim Le Marşan rəhbərlik edəcək”, - deyə Fransa klubunun açıqlamasında bildirilir.

Komanda əvvəllər Fransa çempionatında “Monako”ya (0:4) və Fransa Kubokunda “Marsel”ə (0:3) məğlub olub. Liqa 1-in əvvəlki turunda “qırmızı-qaralar” “Lans”a (1:3) məğlub olub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
icma.az

2Источники