RU

Ürəkdə daşınan çanta » AzadMedia.az


Şagirdin çantasında kitabdan, qələmdən əvvəl ürəyində daşıdığı vicdan, mərhəmət və məsuliyyət olmalıdır. Çünki təhsil yalnız bilik ötürmək deyil, insan yetişdirmək prosesidir.

Valideyn övladını dünyaya gətirərkən ona sadəcə yaxşı təhsil verməyi deyil, düzgün insan kimi formalaşdırmağı da özünə borc bilməlidir. Vicdanla danışmağı, haqqı susdurmamağı, cəmiyyətdə insan olaraq mövqeyini tutmağı öyrətmək ailənin ən böyük məsuliyyətidir.

Ailə kiçik bir dövlətdir.
Məktəb isə o dövlətlərin yetirdiyi şəxsləri bir platformada birləşdirən müqəddəs bir təhsil ocağıdır. Bu iki anlayış biri-birindən ayrı mövcud ola bilməz; ailədə verilməyən dəyər məktəbdə çətinliklə tamamlanır.

Təsadüfi deyil ki, Viktor Hüqo demişdir: “İnsan tərbiyəsi biliyin ötürülməsindən əvvəl vicdanın oyadılmasıdır.”

Məktəb illərimdə də, universitet dövrümdə də elə müəllimlərim olub ki, onların təmənnasız sevgisi, verdikləri bilik və aşıladıqları dəyərlər sayəsində bu gün öz yolumuzda inamla irəliləyirik.

Ötən gün baş vermiş hadisə bir daha göstərdi ki, bu məsələ təkcə bir məktəbin və ya bir müəllimin problemi deyil. Bu, hamımızın vicdanına toxunan, cəmiyyət olaraq üzərində düşünməli olduğumuz ağır bir faciədir.
Aytən Tunay (Qurbanova),
ADMİU nəzdində Humanitar Kollecin müəllimi
Избранный
20
1
azadmedia.az

2Источники