Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.
Sitat.info xəbər verir ki, bu barədə Oxu.Az-a onun oğlu Elçin Ağamalı məlumat verib.
O bildirib ki, hazırda sabiq deputatın harada dəfn ediləcəyi müəyyənləşməyib.
Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi Türkiyədə dünyasını dəyişib.