İsrail Ümumi Təhlükəsizlik Xidməti və polis əməkdaşları İran agentləri ilə əlaqədə şübhəli bilinən jurnalisti saxlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxs yanvarın sonunda, naməlum şəxslərin ona müraciət etməsi barədə polisin kiberşöbəsinə məlumat verdikdən bir neçə gün sonra saxlanılıb.
Nəşr qeyd edib ki, jurnalistlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıblar, ondan pul müqabilində etiraz aksiyaları, həmçinin Qüdsün mərkəzi küçələrinin şəkillərini çəkməyi xahiş ediblər. O, əvvəlcə heç nədən şübhələnməyib, çünki işi çərçivəsində oxşar təkliflər alıb. Daha sonra isə kibertəhlükəsizlik şöbəsi ilə əlaqə saxlayaraq bu müraciətlər barədə məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun həbs müddətini uzatmağa çalışsalar da, müraciət apellyasiya məhkəməsi tərəfindən rədd edilib. Nəşr bildirib ki, o hazırda ev dustaqlığına buraxılıb.
İsrailİran