RU

Azərbaycanlı iş adamı Rusiyada saxlanıldı FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada fırıldaqçılıqda ittiham olunan, Surqut şəhər merinin sabiq müavini Vitali Şarov və əmlak münasibətləri departamentinin direktoru Aleksey Dvornikova qarşı cinayət işində adı hallanan iş adamı Vüqar Yusifov Rusiyadan qaçmağa cəhd edib. Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, məlumatı ura.ru hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb. V.Yusifovun Azərbaycana gəlmək üçün bilet aldığı bildirilir. Belə ki, iş adamı Azərbaycana gəlmək üçün Moskvaya uçub. Lakin hava limanında onu saxlayaraq Surquta qaytarıblar. Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxslər 2023-cü ildə "Hava Rabitəsi Agentliyi" ASC-yə məxsus bələdiyyə əmlakını satmaq üçün saxta hərrac təşkil ediblər. Ehtimal olunur ki, qeyd olunan V.Yusifov tərəfindən satın alınıb. V.Şarov və A.Dvornikov potensial rəqibləri hərracdan kənarlaşdırmaq üçün onun qələbəsini təmin ediblər.

Oxunub 44

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
4
avtosfer.az

5Источники