RU

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

style='margin-bottom:10px;'>

"Roma" klubunun futbolçusu Paulo Dibala paytaxt təmsilçisindən ayrılmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Əkrəm Konur məlumat paylaşıb.

Məlumata görə, 32 yaşlı hücumçu klub rəhbərliyi ilə yeni müqavilə barədə razılığa gələ bilməyib. Buna səbəb "Roma"nın ona illik 4 milyon avro maaş təklif etməsidir. Bu məbləğ argentinalının hazırkı qazancından 50 faiz azdır.

Təklifi özünə qarşı hörmətsizlik kimi qəbul edən Dibala mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib. Onun karyerasını vətənində, "Boka Xuniors"da davam etdirmək ehtimalı yüksəkdir. Argentina nəhəngi ulduz oyunçunu geri qaytarmaqda israrlıdır.

Qeyd edək ki, 2022-ci ildən "Roma"da çıxış edən Dibala burada keçirdiyi 135 oyunda 45 qol vurub və 26 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədədir.

Избранный
29
3
teleqraf.com

4Источники