RU

“İnter”in müdafiəçisi Federiko Dimarko 2030-cu ilə qədər yeni müqavilə imzalaya bilər

“İnter”in sol cinah müdafiəçisi Federiko Dimarko yaxın günlərdə 2030-cu ilə qədər yeni müqavilə imzalaya bilər.

 90deqiqe.Az-ın məlumata görə, bir neçə İngiltərə Premyer Liqa klubu futbolçuya maraq göstərsə də, danışıqlar nəticəsində konkret təkliflər irəli sürülməyib. Hazırda həm “İnter”, həm də Dimarko əməkdaşlığın davamına üstünlük verir.

28 yaşlı futbolçu “İnter”in akademiyasının yetirməsidir. “Sion”, “Parma”, “Verona” və “Askoli”də icarə əsasında çıxış etdikdən sonra o, Milano klubuna qayıdaraq əsas heyətin aparıcı üzvlərindən birinə çevrilib. Bu mövsümdə Dimarko 31 oyunda iştirak edib, 6 qol vurub və 13 məhsuldar ötürmə edib.

Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Transfermarkt portalı onun bazar qiymətini 50 milyon avro qiymətləndirir.

Избранный
55
90deqiqe.az

1Источники