Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Oxu.Az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib.
O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.
Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.