“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Eren Aydınla mövsümün sonuna qədər müqavilə bağlayıb.
“Qalatasaray” yetirməsi olan 21 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.