“EasyJet” təyyarəsi quş toqquşmasından sonra Amsterdam hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Qaziler.az bu barədə “The Sun”a istinadla xəbər verir.
Hadisə fevralın 8-də baş verib. Təyyarə Londona gedirmiş, lakin uçuşdan 20 dəqiqə sonra geri dönüb. Sərnişinlər kəskin təkan hiss etdiklərini bildiriblər, bundan sonra heyət qağayının təyyarənin ön şüşəsinə dəydiyini bildirib.
Sərnişinlər vəziyyəti "kabus" adlandırıblar və əvəzedici təyyarə üçün yarım gün gözləməli olduqlarından şikayətləniblər. “EasyJet” Amsterdamda qalan sərnişinləri götürmək üçün Londondan ikinci dəfə uçuş çağırıb.
QAZİLER.AZ