RU

Tanınmış alim nazirliyin institutuna şöbə müdiri təyin edildi – FOTO

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinə yeni müdir təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı İnstitutun baş direktoru Nazim Müzəffərli əmr imzalayıb.

Əmrə əsasən, iqtisad elmləri doktoru, dosent Yunus Musa oğlu Sadıqov İnstitutun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri təyin olunub.

Bu təyinata qədər Y.Sadıqov həmin şöbənin aparıcı elmi işçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Sadıqov Yunus Musa oğlu 1959-cu ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. O, 1993-cü ildə iqtisad elmləri namizədi elmi dərəcəsinə, 2019-cu ildə dosent elmi adına, 2025-ci ildə isə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Y.Sadıqov 2014-cü ildən İqtisadiyyat İnstitutunda fəaliyyət göstərməyə başlayıb. /iqtisadiyyat.az/

Избранный
26
nocomment.az

1Источники