Ermənistan TRIPP fondu vasitəsilə 9 milyard dollar investisiya cəlb edəcək.
Turkustan.az xəbər verir ki, TRIPP fondu vasitəsilə Ermənistana iri həcmli özəl kapital yönəldiləcək.
İlkin mərhələdə 5 milyard dollar investisiya nəzərdə tutulur, ikinci mərhələdə isə əlavə 4 milyard dollar cəlb olunacaq.
Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlama verib.
O, həmçinin Ermənistana 11 milyon dollar dəyərində kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları texnologiyalarının satışının təsdiqləndiyini bildirib. /Globalinfo.az/