RU

Yeniyetmələrin mübahisəsi qanla bitdiVİDEO

Şəmkirdə yeniyetmələrin mübahisəsi qanla bitib. Onların arasında baş verən mübahisə zamanı 3 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, qonşular bildirib ki, yeniyetmələr yaxınlıqda mübahisə etdikləri üçün səs-küyləri gəlirmiş.

Xəsarət alanların ikisinin 15, birinin isə 17 yaşlı yeniyetmələr olduğu bildirilir. Şəmkir Rayon Mərkəzi Xəsətxanasından verilən məlumata görə, fevralın 8-də saat 22:10 radələrində 3 nəfər xəsarət alması səbəbilə Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.    

 

 

 

 

 

 

 

Избранный
35
xezerxeber.az

1Источники