RU

Vens: TRIPP Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək

TRIPP layihəsi ("Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu") tranzit və ticarəti açaraq Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında bildirib.

"Bildiyiniz kimi, TRIPP regiona tarixi dəyişikliklər gətirəcək. Mən həmçinin "TRIPP Enterprise Fund" haqqında qürurla danışacağam. TRIPP Fondu vasitəsilə Ermənistana iri həcmli özəl kapital yönəldiləcək", - o deyib.

Vitse-prezidentin sözlərinə görə, layihə regionda ticarət, tranzit və enerji axınları üçün yeni imkanlar açacaq, həmçinin Ermənistanla qonşu ölkələr arasında misli görünməmiş əlaqələr yaradacaq.

"Bu təkcə Ermənistan xalqına rifah gətirməyəcək, həm də uzunmüddətli sülh üçün mühüm addım olacaq. Qarşılıqlı əlaqəli iqtisadiyyatlar və enerji sektorları yaradıldıqda regionda dayanıqlı sülh imkanı təmin edilir", - o vurğulayıb.

Vens əlavə edib ki, "TRIPP Enterprise Fund" dəmir yollarının, boru kəmərlərinin tikintisi və qarşılıqlı əlaqəli infrastrukturun yaradılması üçün özəl kapital axınını təmin edəcək, bu da regiona həqiqi rifah gətirəcək və İrəvanla Bakı arasında sülh sazişinin qüvvəsini möhkəmləndirəcək.

Избранный
15
7
missiya.az

7Источники