“Hazırda biz Ermənistana bütün tranzit yüklərə məhdudiyyətləri aradan qaldırmışıq. Çünki Ermənistanın etibarlı daşımalar, əlaqə marşrutları yoxdur və beləliklə, Azərbaycan tranziti onlar üçün çox əhəmiyyətlidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Biz əməkdaşlığın ilk elementlərini qurmaq üçün Ermənistana neft məhsullarını təchiz etməyə başladıq”, - ölkə başçısı deyib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта