Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində Azərbaycan bayrağı altındaüzən gəmilərdə motorçu vəzifəsində çalışan İradə Astanova ilə görüşkeçirilib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.
Bildirilib ki, o, fevralın 5-də Agentlikdə növbətçi mexanikixtisası üzrə təşkil edilən imtahanda 97 bal toplayaraq ölkəmizdəkomandir heyətinə daxil olmaq hüququ qazanan ilk qadın dənizçi kimitarixə düşüb.
Görüş iştirakçıları İradə Astanovanı göstərdiyi yüksək nəticəyəgörə təbrik edib, ona gələcək fəaliyyətində yüksək nailiyyətlərarzulayıblar. Qadının çətin və məsuliyyətli dənizçi peşəsinəüstünlük verməsi yüksək qiymətləndirilib.
İradə Astanova dənizçi peşəsini öz istəyi ilə seçdiyini qeydedib. Vurğulayıb ki, gəmidə işləmək insanı həm fiziki, həm dəpsixoloji cəhətdən sınağa çəkir. Bu sahədə çalışmaq üçün güclüolmaq və özünə inanmaq vacibdir.
Sonda dənizçiyə növbətçi mexanik ixtisası üzrə əldə etdiyisertifikat təqdim olunub.
Məlumat üçün bildirək ki, İradə Astanova Azərbaycan Dövlət DənizAkademiyasının məzunudur. O, “Gəmi energetik qurğularının istismarımühəndisliyi” ixtisası üzrə təhsil alıb.