“Zirə” heyətini yeni futbolçuyla gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Rəşad Sadıqovun komandası Eren Aydını heyətinə qatıb.
Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
“Qalatasaray” yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.