Misli Premyer Liqasının 19-cu turunda “Turan Tovuz” Suraxanıda “Karvan-Yevlax”ı sınağa çəkib.
“İki sahil” yazır ki, yarışda yeganə qolu 15-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Alexandro Serrano vurub.
Bununla da “Turan Tovuz” “Karvan-Yevlax” üzərində qələbəni təmin edib.
Misli Premyer Liqası,
19-cu tur
9 fevral
18:30. "Turan Tovuz" 1-0 "Karvan-Yevlax"
Qol: Alexandro Serrano ,15-pen.
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
"Azersun Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”