BAKI, 9 fevral. TELEQRAF
Ermənistan ABŞ-dən dronlar alıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti J.D. Vens ilə keçirdiyi brifinqdə bildirib.
Paşinyan ölkələr arasında hərbi və müdafiə əməkdaşlığında əhəmiyyətli irəliləyişlər olduğunu qeyd edib.
"Ermənistan ABŞ-dən "V-BAT" pilotsuz uçuş aparatları alıb və onların effektivliyi geniş əməliyyat təcrübəsi ilə sübut olunub", - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, bu razılaşma Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcək.
"V-BAT" dronları 2021-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin istismarına verilib.
Bu PUA üç metrlik qanad genişliyinə və 57 kiloqram ağırlığa malikdir. O qurğunu saatda 90 kilometrə qədər sürətə çatdıran iki silindrli daxili yanma mühərriki ilə təchiz olunub.